12 yaşlı qıza əxlaqsız hərəkətlər edən 66 yaşlı azərbaycanlı HƏBS OLUNDU
    • 18-02-2025, 11:39
    • 272

12 yaşlı qıza əxlaqsız hərəkətlər edən 66 yaşlı azərbaycanlı HƏBS OLUNDU

Azərbaycan əsilli qocaya qarşı cinsi z*rakılıq maddəsi ilə cinayət işi başlanıb. 

News24.az Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburq sakini qızının naməlum şəxs tərəfindən təzyiqə məruz qalması barədə polisə müraciət edib.

Sankt-Peterburq sakini 3 gün əvvəl hadisə ilə bağlı polisə məlumat verib. Qadının sözlərinə görə, fevralın 9-da Korablestroiteley küçəsindəki fitnes klubunun hamamında naməlum şəxs onun 12 yaşlı qızına toxunub.

Əməliyyatçılar şübhəli şəxsi Staro-Peterqofski prospektindəki evində saxlayıblar. 

Xüsusi təcridxanada 66 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçilib./Lent.az