
-
- 18-02-2025, 16:36
- 937
UEFA "Qalatasaray" - "AZ Alkmaar" oyununa azərbaycanlını göndərir
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qalatasaray"ın növbəti oyununda azərbaycanlı iş başında olacaq.
News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, "Cim Bom"un Hollandiyanın “AZ Alkmaar” klubu ilə görüşünə Orxan Hüseynzadə təyinat alıb. Həmyerlimiz bu matçda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Oyun fevralın 20-də İstanbulda keçiriləcək.
Xatırladaq ki, ötən həftə keçirilən ilk qarşılaşmada "Qalatasaray" səfərdən 1:4 hesablı məğlubiyyətlə dönüb.