Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
Siyasət
Rusiya və ABŞ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən danışıqlarda bir-birinin maraqlarını nəzərə almağa razılaşıb.
News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Biz razılaşdıq ki, bir-birimizin maraqlarını nəzərə alacağıq", - Uşakov qeyd edib.
Onun sözlərinə görə, ABŞ və Rusiyanın mövqelərinin yaxınlaşdığını söyləmək hələ tezdir. Lakin ölkələr prezidentlərin gələcək görüşü üçün şərait yaradılması üzərində işləmək barədə razılığa gəliblər.\\\\Publika.az