Xalqı belə zəhərləyirlər: - Dönərçidən iyrənc hərəkət - VİDEO
Dünya
Ankarada qalmaqallı hadisə baş verib. Vətəndaşların sağlamlığına məhəl qoymayan dönər restoranı rəsmən ölümə dəvətnamə hazırlayıb.
News24.az xəbər verir ki, sözügedən dönər restoranı gün ərzində bişmiş dönərin üzərinə çiy ət əlavə edib. Vətəndaş qalmaqallı anları mobil telefon kamerası ilə lentə alıb.
Digər tərəfdən, son zamanlar salmonella bakteriyası ilə bağlı narahatlıqlar artıb. Təhlükəyə diqqət çəkən mütəxəssislər salmonellanın çiy toyuq ətində tez-tez rast gəlindiyini də bildiriblər.
Günel Məlikzadə