
-
- 20-02-2025, 09:20
- 241
Nəvənin babaya elədiyi HAMINI ŞOKA SALDI
Krasnodar sakini yaşlı qohumunu qarət edib.
News24.az bildirir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb. 79 yaşlı təqaüdçü hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və hesabından külli miqdarda pulun yoxa çıxdığını bildirib.
Qurbanın 20 yaşlı nəvəsi oğurluqla məşğul olub. Gənc təqaüdçünün bank kartını bukmeker kontorunun proqramındakı hesabına birləşdirib və mərclərə xərclədiyi 1,3 milyon rublla elektron pul kisəsini doldurub.
Hadisə ilə bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb, şübhəlini 10 ilədək həbs cəzası gözləyir.
Zəhraxanım Şeydayeva