
-
- 20-02-2025, 10:46
- 1 830
Təbii qaz yenidən bahalaşdı
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.75% artaraq 4.4169 ABŞ dollarına bərabər olub.
News24.az teleqraf-a istinadla xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının qiyməti 47.06 avroda sabit qalıb.
Qeyd edək ki, təbii qazın dəyəri TTF-də həftəlik olaraq 7.76% ucuzlaşıb.