Dövlət başçısının medalı əxlaqsızlıq yuvasında oğurlandı
    • 9-08-2018, 17:21
    • 925

Dövlət başçısının medalı əxlaqsızlıq yuvasında oğurlandı

Boliviyada dövlət başçısının taxdığı, təxminən 200 il yaşı olan medal oğurlanıb.

Hadisə bir əsgərin dövlət başçısı Evo Moralesə medalı təslim edən zaman baş verib.

Belə ki, dövlət başçısı Kokabamba şəhərinə gedərkən medalını unudub. Medalı hava limanına gətirən əsgər ilk təyyarəyə çata bilməyib. O, ikinci təyyarə gələnə qədər fahişəxanaya gedib. Medalı və bir çanta pulu isə avtomobilində qoyub. Elə bu zaman medal oğurlanıb. Əsgər həbs edilib, medal isə Boliviyanın paytaxtı yaxınlarında yerləşən kilsədə tapılıb.

Qeyd edək ki, medal 19-cu əsrin əvvəllərində Cənubi Amerikada düzəldilib. Onun düzəlməsində 22 karatlıq qızıl və zümrüd daşlarından istifadə edilib. Medal irsi ənənə daşıyıcısıdır.