"ABŞ müflis olacaq"
    • 20-02-2025, 11:45
    • 392

"ABŞ müflis olacaq"

"ABŞ rəhbərliyi büdcə kəsiri ilə bağlı problemi həll edə bilməsə, ölkəni iflas gözləyir".

News24.az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask "Fox News" telekanalına müsahibəsində deyib.

O, bildirib: "Əgər kəsirlə bağlı problemi həll etməsək, tibbi yardımın göstərilməsinə pul olmayacaq, sosial sığorta üçün pul olmayacaq. Bu məsələni həll etmək lazımdır. Bu edilməsə, Amerika müflisləşəcək".