Xeyirsiz övladın törətdiyi - FACİƏ
Hadisə
Ədirnədə yaşayan ata və oğulun arasında başlayan mübahisə böyük faciəyə səbəb olub.
News24.az bildirir ki, 19 yaşlı uşaq ilə 44 yaşlı ata arasında gedən mübahisənin səbəbi hələ də məlum deyil. Mübahisə qızğınlaşdığı vaxt oğul atasını bıçaqlayaraq evdən qaçıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının göstərdiyi ilk tibbi yardımdan sonra ağır yaralanan ata təcili yardımla xəstəxanaya aparılıb.
Polis qrupları qısa müddətdə hadisə yerindən qaçan oğlanı saxlayıb.
Zəhraxanım Şeydayeva