Düzgün yuxu üçün alimlərin AÇIQLAMASI
    • 20-02-2025, 23:33
    • 463

Düzgün yuxu üçün alimlərin AÇIQLAMASI

Britaniya alimləri ciddi yuxu rejiminin təhlükəli xəstəliklərin inkişafı və vaxtından əvvəl ölüm ehtimalını 48% azalda biləcəyini müəyyən ediblər.

News24.az bildirir ki, bu barədə BBC Science Focus məlumat yayıb. Tədqiqatda 61 000-dən çox iştirakçının məlumatlarından istifadə edilib. Bir neçə il ərzində elm adamları alqoritmlər və xüsusi cihazlardan istifadə edərək subyektlərin yuxu rejimini təhlil edib, həmçinin ölüm nisbətlərini izləyiblər. Nəticələr göstərib ki, gecə yeddi-səkkiz saat yatan, lakin hər dəfə müxtəlif vaxtlarda yatıb oyanan insanlarda insult və ürək-damar xəstəlikləri daha çox olur.

Zəhraxanım Şeydayeva