-
- 27-07-2019, 18:01
- 1 061
Hindistanda fəlakət 127 nəfər öldü
Hindistanın şərqindəki Bihar ştatında sel və daşqınlarda ölənlərin sayı 127 nəfərə çatıb. News24.az Times of India nəşrinin saytına istinadla xəbər verir ki, ümumilikdə 8 milyon 284 min nəfər təbii fəlakətdən zərər görüb. Sel və daşqınların, habelə torpaq sürüşmələrinin ən ciddi fəsadlar törətdiyi Sitamarhi vilayətində 37 nəfər həyatını itirib.
Yerli sinoptiklərin məlumatına görə, yaxın günlərdə Hindistanın daşqınlardan zərər görmüş şimal rayonlarında və qonşu Nepalda şiddətli musson yağışları gözlənilir. Təbii fəlakət zonasında xüsusi əməliyyat tədbirləri görülür, zərərçəkənlərə yardım göstərilir.
Hindistanla qonşu Nepalda da şiddətli yağışlar ciddi fəsadlara səbəb olub. Buradakı çaylar məcrasından çıxıb, daşqın və torpaq sürüşmələri nəticəsində 90 nəfər həyatını itirib, 31 adam isə itkin düşüb.