
-
- 20-02-2025, 16:12
- 265
Kərimcan Durmaz azadlığa BURAXILDI
Qanunsuz m*rc reklamı hazırlamaqda ittiham edilərək həbs edilən sosial media fenomeni Kerimcan Durmazın sərbəst buraxılmasına qərar verilib.
News24.az xəbər verir ki, Kerimcan Durmaz yanvarın 8-də həbs edilərək həbsxanaya göndərilib.
Durmaz haqqında hazırlanan iddianamədə sosial media fenomeninin qanunsuz m*rc oyunları reklam edərək insanları həvəsləndirdiyi bildirilib və 5 il 3 aya qədər həbs cəzası istənilib.
Sosial media fenomeni bu gün ilk dəfə hakim qarşısına çıxıb. Məhkəmə Kərimcan Durmazın azadlığa buraxılmasına qərar verib.
Günel Məlikzadə