Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub
    • 27-07-2019, 18:13
    • 847

Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub

Cüdo üzrə Türkiyə millisi XV Avropa Gənclər Olimpiya Festivalının qarışıq komanda yarışının qalibi olub.
News24.az xəbər verir ki, finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə yığması 4:0 hesabı ilə qalib gələrək festivalın qızın medalını qazanıb.
Qardaş ölkənin yığma komandası dörddəbir finalda İtaliya (4:0), yarımfinalda isə Gürcüstan (4:0) komandalarına qalib gəlib.
Bürünc medal uğrunda görüşdə isə Almaniya yığması İtaliya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.