Bakıda ər-arvad birləşib qonşunu öldürdülər - İş məhkəmədə
    • 20-02-2025, 18:45
    • 402

Bakıda ər-arvad birləşib qonşunu öldürdülər - İş məhkəmədə

Bakının Qaradağ rayonunda qonşularının qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Elşən Müzəffərov, onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fəxri Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 4-nə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, m*yiti isə həyətində basdırılıb.

Qətli törədən sözügedən cütlük hadisədən sonra saxlanılıb.

Araşdırma zamanı cinayətin daha bir iştirakçısı – Qasım Xankişiyev də müəyyən olunub.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.