-
- 27-07-2019, 21:44
- 1 158
"İnsanların beynini işlətməyi sevirəm" -Dilarə Kazımova - VİDEO
Müğənni Dilarə Kazımova "Jara" beynəlxalq musiqi festivalının 3-cü günündə səhnəyə çıxıb.
News24.az xəbər verir ki, D.Kazımova tamaşaçıların qarşısına çıxmadan öncə yeni təqdim etdiyi klipindən danışıb: "Enerjiyə çox inanıram və çalışacağam ki, bunu tamaşaçı da hiss eləsin. "Harem" klipimiz nümayiş olundu. Çox qəribədir ki, ekran işini təqdim etdik və tənqidlə qarşılanmadı. Çox gözəl şərhlər gəlir. Sanki inkişafa doğru gedirik. Bu mənim üçün yeni pillədir. Siz gördünüz ki, o qədər də açıq-saçıq səhnələr yox idi. Amma, insanlar beynini işlədir. Mən məhz belə işlər təqdim etməyə çalışıram".
İfaçı hələ duet ifa etmək istəmədiyini də bildirib: "Bu barədə düşünmürəm. Çünki öz repertuarım üzərində çalışıram. Hansısa təklif gəlsə, bu barədə fikirləşə bilərik. Biz duetdən qaçmırıq. Öz üzərimizdə çalışırıq".