Hakimi təhqir etdiyinə görə...
İdman
"Real Madrid"in futbolçusu Bellinqhem "Osasuna" ilə matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb.
News24.az xəbər verir ki, paytaxt komandası İspaniya Futbol Federasiyasının bu qərarından apellyasiya şikayəti verəcək.
La Liqanın 24-cü həftəsində "Real Madrid"in "Osasuna" ilə 1:1 hesablı heç-heçə etdiyi matçın 39-cu dəqiqəsində Jude Bellinqhem hakimə şifahi reaksiya verdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Mətbuata sızan məlumatlara görə, buna səbəb futbolçunun hakimi söyməsi olub.
Ağa Dadaşzadə