-
- 27-07-2019, 23:09
- 1 401
Mazımçay gömrük postunda giriş-çıxışlar bağlandı Rəsmi açıqlama
Mazımçay gömrük postunda yaranan texniki problem uzun növbəyə səbəb olub.
Bu barədə News24.az -a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov məlumat verib.
O, bildirib ki, Mazımçay gömrük postunda mövcud problemə səbəb Balakən və Zaqatala arasında internet xəttinin kəsilməsidir:
“Bir neçə saat Mazımçay gömrük postunda giriş-çıxışlar bağlı olub. İnternet xəttində yaranmış problem səbəbindən sistem işləməyib. Komitə tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Artıq problem aradan qaldırıldığı üçün gömrük postunun fəaliyyəti bərpa olunub.