Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” -un növbəti mərhələsində
    • 28-07-2019, 10:15
    • 896

Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” -un növbəti mərhələsində

İyulun 27-də Parisdə “Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsi start götürüb.
News24.az xəbər verir ki, ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının ilk turunda rusiyalı Aleksandr Qrişukla xalları yarı bölüb.
Şahmatçımız ikinci turda fransalı Maksim Vaşe-Laqrava, üçüncü turda isə amerikalı Hikaru Nakamuraya məğlub olub. Rapid turniri 9 turdan ibarətdir.
Şahmatçılar daha sonra blitz turnirində mübarizə aparacaqlar. "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinə avqustun 2-də yekun vurulacaq.
Yarışların sonrakı mərhələləri avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, noyabrın 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq.
Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.