Avtomobillərin buz üzərində "rəqsi"
Sosial
Soyuq hava və qar Karabükdə yollara ciddi təsir edib.
News24.az xəbər verir ki, şəhərin mərkəzində qar və buzla örtülmüş yollarda avtomobillərin sürüşməsi təhlükəli anlara səbəb olub.
Bəzi vətəndaşlar sürüşən maşınlara yardım etməyə çalışıblar, buzlu yollarda isə bir çox avtomobil sürüşərək şəhərin bəzi küçələrində hərəkətsiz qalıb. Hazırda Bələdiyyə qrupları şəhərin mərkəzində qar təmizləmə və duzlama işləri aparır.
Ağa Dadaşzadə