"Fikirləşirəm, mənim o verilişdə nə işim var ki?"
    • 24-02-2025, 17:20
    • 507

"Fikirləşirəm, mənim o verilişdə nə işim var ki?"

Tanınmış müğənni Sevda Ələkbərzadə uzun müddətdir, efirə çıxmamasının səbəbini açıqlayıb. 

News24.az Pravda.az-a istinadla xəbər verir ki,müğənni bu barədə “ATV”də yayımlanan “10lar” verilişində danışıb.

“Çox nadir hallarda efirlərə çıxıram. Efirlərə məndən əvvəl dəvət edilən qonaqları görəndən sonra düşünürəm ki, o verilişə çıxmağa dəyməz. Görürəm ki, kimlərə sənətkar deyirlər, kimləri tərifləyirlər, sonra fikirləşirəm, mənim o verilişdə nə işim var ki? Səviyyəli verilişlərimiz də az deyil. Konsert öncəsi təbliğat kampaniyasına görə bəzi verilişlərə çıxacağam və artıq başlamışam”, - o bildirib.