Məşhur aktrisa qəzaya uğradı - FOTO
    • 25-02-2025, 12:53
    • 425

Məşhur aktrisa qəzaya uğradı - FOTO

Türkiyəli məşhur aktrisa Müjde Ar yol qəzası keçirib. 70 yaşlı sənətçinin sağlamlıq durumu ilə bağlı xəstəxanadan açıqlama verilib.

News24.az xəbər verir ki, xəstəxanadan verilən açıqlamada bu ifadələr yer alıb:

“Xəstəmiz Müjde Ar 24 fevral 2025-ci il tarixində saat 21.30 radələrində xəstəxanaya yerləşdirilib. Yol-nəqliyyat hadisəsi nəticəsində bel və baş ağrısı şikayətləri ilə xəstəxanamıza gələn Müjde Arın təfərrüatlı müayinələrində zərbə nəticəsində sağ dizində şişlik aşkarlanıb. Sağlamlığı yaxşı olan pasiyentimizin müalicəsi müşahidə və izləmə məqsədilə normal xəstə otağında davam etdirilir”.


Günel Məlikzadə