Oğurladıqları kart ilə - CEKPOT QAZANDILAR

Oğurladıqları kart ilə - CEKPOT QAZANDILAR Hadisə

Fransanın Tuluza şəhərində qəribə oğurluq hadisə baş verib. Belə ki, David E. adlı şəxsin çantası və çantasının içindəki kredit kartı oğurlanır. Oğurluğu edən iki evsiz kişi kredit kartı ilə lotereya biletləri alır.

News24.az xəbər verir ki, onlar aldıqları poz-qazandan 500 min avroluq böyük mükafatı qazanıblar. 

Oğrular o qədər xoşbəxt olublar ki, hətta siqaret və əşyalarını unudub dəli kimi mağazadan bayıra qaçıblar.

Onu da qeyd edək ki, uduşlu bilet hələ də onlara çatdırılmayıb.

Günel Məlikzadə