Dubay şokoladına - QADAĞA

Dubay şokoladına - QADAĞA Hadisə

Almaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və Qida Təhlükəsizliyi üzrə Federal İdarəsi Türkiyədə istehsal olunan və Almaniya bazarlarında satılan Dubay şokoladı üçün müsadirə elan edib.

News24.az bildirir ki, bu qərar 100 qramlıq "Miskets" markası Dubay şokoladı üçün alınıb. Qərarın səbəbi etiketdə qeyd edilməsə də, məhsulda allergik olan küncüt olması ilə göstərilib.

Qərarda istehlakçıların heç bir faktura təqdim etmədən məhsulları satış məntəqələrinə qaytarmaqla pullarını geri ala biləcəkləri açıqlanıb. 

Zəhraxanım Şeydayeva