Bu vəziyyətdə dərhal həkimə müraciət edin
    • 25-02-2025, 16:01
    • 318

Bu vəziyyətdə dərhal həkimə müraciət edin

Qrip virusu bu il xüsusilə daha ağır təsirlidir.

Bəzi insanlar qripi çox çətin keçirirlər, hətta buna son illərin ən ağır qripi də deyə bilərik.

News24.az xəbər verir ki, rusiyalı həkimlər insanlara ciddi xəbərdarlıq edib.

Əgər 5 gündən çox üşütmə, tərləmə, kəskin əzələ və oynaq ağrıları, ümumi sağlamlığın kəskin pisləşməsi və nəfəs darlığı ilə yüksək hərarətiniz varsa, öskürəyin xarakteri dəyişibsə, doyma azalıbsa vəziyyətin ciddi olduğunu deyə bilərik.

Xüsusilə diabet, hipertoniya, piylənmə və digər risk faktorları varsa, həmən həkimə müraciət etmək lazımdır.

Ağa Dadaşzadə