Bakıda restoranda iki nəfəri güllələyən şəxs avtoritetdir - TƏFƏRRÜAT
    • 10-08-2018, 10:35
    • 1 666

Bakıda restoranda iki nəfəri güllələyən şəxs avtoritetdir - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb. 

 Sabunçu Rayon İcra Hakimiyyətinin Şuşa Şəhərciyi üzrə icra nümayəndəsi Şamil Alıyev cinayəti törədən Hikmət adlı şəxsin keçmiş məhkum olduğunu bildirib:

"Hadisə zamanı ölən Çingiz Xudiyev, yaralanan Elxan Kərimov və atəş açan Hikmət adlı şəxs bir neçə gün öncə mübahisə ediblər. Dünən saat 22:00 radələrində Hikmət restorana gələrək həmin şəxslərə odlu silahdan atəş açıb. Hikmət özü əvvəllər həbsdə olub. İl yarım əvvəl olar ki, həbsdən azad olunmuşdu. Kriminal aləmlə əlaqəsi olan şəxsdir. O, hadisəni törədəndən sonra bir neçə saat qaçıb gizlənsə də, sonradan polislər tərəfindən saxlanılıb. Onu da qeyd edim ki, hadisədə iştirak edən hər üç şəxs Şuşa şəhərciyində yaşayırlar."

Unikal.org