Messinin qəti qərarı

Messinin qəti qərarı İdman

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi Amerika komandasında qalaraq karyerasını MLS-də başa vuracaq. 

News24.az xəbər verir ki, bu barədə jurnalist və ESPN AR insayderi Klaudio məlumat verib.

Mənbənin sözlərinə görə, Messinin "Barselona"ya qayıtması ilə bağlı şayiələr yayılsa da, argentinalı "İnter Mayami"dən ayrılmaq fikrində deyil. 

Xatırladaq ki, Messi "İnter Mayami" ilə 2023-cü ilin yayında müqavilə imzalayıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir. Transfermarkt-ın məlumatına görə, argentinalı hücumçunun bazar dəyəri 20 milyon avrodur.

Ağa Dadaşzadə