
-
- 26-02-2025, 16:59
- 599
Bu maşının satışları kəskin - AZALDI
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, İlon Maskın Tesla avtomobilinin Avropada satışları keçən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb. Yanvar ayında 18 161 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 9 945 ədədə düşüb.
News24.az xəbər verir ki, amerikalı milyarder İlon Maska məxsus Tesla şirkətinin avtomobil satışları Avropa ölkələrində xeyli azalıb. Ötən ilin yanvar ayında 18 161 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 45,2 faiz azalaraq 9 945 ədəd olub.
Qeyd edək ki, satışların azalma səviyyəsinin davamiyyəti istisna edilmir.
Ağa Dadaşzadə