-
- 4-07-2018, 12:18
- 1 019
43 il sonra daxili orqanlarının tərs yerləşdiyini öyrəndi
Qarın ağrısı səbəbi ilə xəstəxanaya gələn 43 yaşlı Nevin Durak aldığı xəbərdən şoka düşüb. Elə əslində həkimlərini də heyrətə salıb.
News 24 xəbər verir ki, Bandırma Dövlət xəstəxanasında rentgen və USM müayinəsindən keçən qadının ürək də daxil olmaqla bütün daxili orqanlarının tərs yöndə olduğu aşkarlanıb. Tibb elmində çox az rast gəlinən bu hal 'total situs inversus' adlandırılır.43 il ərzində səhhəti ilə bağlı heç bir problem yaşamamış Nevin xanımın əməliyyatı həkimləri bir qədər çətinliyə salıb.
Öd kisəsində əməliyyat olunduqdan sonra evə buraxılan Nevin Durak hazırda özünü yaxşı hiss edir.
İlhamə Rəsulova