Göyçayda ağır yol qəzası - Yük maşını qoyun sürüsünü vurdu - FOTOLAR

Göyçayda ağır yol qəzası - Yük maşını qoyun sürüsünü vurdu - FOTOLAR
HADİSƏ

29-07-2019, 16:32

Mətn ölçüsü

Göyçay rayonunda magistral yolda xırda buynuzlu heyvanların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə dünən axşam saatlarında, Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb. Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yoldan keçən qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub. Faktla bağlı araşdırma aparılır. /ATV.az/