Aktyor və həyat yoldaşı ölü - TAPILDI

Aktyor və həyat yoldaşı ölü - TAPILDI Şou

Əfsanəvi Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakava Santa Fedəki evlərində ölü tapılıb.

News24.az xəbər verir ki, 1991-ci ildən evli olan cütlüyün cəsədləri itləri ilə birlikdə tapılıb. 

Yerli media q*tl şüphəsinin olmadığını bildirib. Eyni zamanda, aktyor və həyat yoldaşının ölüm səbəbi hələlik açıqlanmır.

Onu da qeyd edək ki, Hekman "The French Connection", "Bonnie and Clyde" və "The Royal Tenenbaums" filmlərindəki rolları ilə yadda qalıb və dövrünün ən uğurlu aktyorlarından biri hesab edilib.

Günel Məlikzadə

Aktyor və həyat yoldaşı ölü - TAPILDI