Əfv Komissiyasının növbəti iclasının vaxtı - MƏLUM OLDU
Sosial
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
News24.az xəbər verir ki, bu barədə oxu.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, komissiyanın bu il üçün ikinci iclası sabah - fevralın 27-də baş tutacaq.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının bu il ilk iclası fevralın 12-də keçirilmişdi. /publika.az