Məşhur jurnalistə - həbs cəzası

Məşhur jurnalistə - həbs cəzası Dünya

Qırmızı bülletenlə axtarışda olan t *rror təşkilatının lideri Salih Müslimin sosial media hesabında verdiyi müsahibəni yayımlayan jurnalist Nevşin Mengünün “mətbuat və yayımla t *rror təşkilatı təbliğatı aparmaq” ittihamı ilə məhkəməsi keçirilib.

News24.az xəbər verir ki, Mengü iclasda iştirak etməsə də, vəkilləri zalda olub.

Nevşin Mengünün vəkili Hüseyn Ersöz, "Müvəkkilimiz uzun illərdir jurnalistika ilə məşğuldur. O, həm də Türkiyənin ilk qadın müharibə müxbiri sayılır. Beynəlxalq mətbuat kartı var. Müvəkkilimiz hörmətli, tanınmış jurnalistdir. İddia edilən cinayət müvəkkilimizin şəxsiyyəti ilə qiymətləndirilməlidir. Mengünü məqsədi cinayət törətmək yox, sadəcə xəbər hazırlamaqdır" deyib.

Onu da qeyd edək ki, məhkəmə Nevşin Mengüyə 1 il 3 ay həbs cəzası verib. Məhkəmə hökmü 3 il müddətinə təxirə salıb.

Günel Məlikzadə