Rusiya-ABŞ görüşü başa çatdı: - Danışıqlar 6 saatdan çox davam edib

Rusiya-ABŞ görüşü başa çatdı: - Danışıqlar 6 saatdan çox davam edib Sosial

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirliyin işindəki problemlərə dair danışıqlar başa çatıb.

News24.az Oxu.Az-a istinadən verdiyi xəbərə görə, görüş 6.5 saat davam edib.

Danışıqlar mətbuata şərh verilmədən bitib.

Bakı vaxtı ilə saat 17:20-də Rusiya nümayəndə heyətinin olduğu avtomobil ABŞ-nin İstanbuldakı baş konsulunun danışıqların aparıldığı iqamətgahı ərazisindən çıxıb.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl qeyd edib ki, danışıqların nəticələri ilə bağlı məlumat "bu və ya digər şəkildə veriləcək".

Görüşdən əvvəl Moskva və Vaşinqton arasında bu mövzuda iki ilkin təmas olub.