Sabah Bakıda çovğun olacaq

Sabah Bakıda çovğun olacaq Sosial

Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Az miqdarda qar

Lakin 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Temperatur və rütubət proqnozu

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.