Lənkəranda ağır qəza: - ÖLƏN VAR

Lənkəranda ağır qəza: - ÖLƏN VAR Hadisə

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki,  hadisə Lənkəran-Lerik yolunda, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.