Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? Sosial
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə iyulun 7-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Bu barədə DİM-dən bildirilib.

Verilən məlumata görə, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.