Qaynar su içən iki yaşlı uşaq öldü

Qaynar su içən iki yaşlı uşaq öldü Hadisə

Ağcabədidə faciəli hadisə baş verib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.

2 yaşlı Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.