Bu ərazilərdə su olmayacaq
    • 12-03-2025, 12:21
    • 225

Bu ərazilərdə su olmayacaq

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

News24.az report-a istinadə xəbər verir ki, Naxçıvan şəhərinin Babək, 56, 58-ci məhəllələri, Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndlərini, H. Rəhmanov və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı martın 12-də suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşacağı planlaşdırılır.