Juninyo Braziliyada növbəti qolunu vurdu - VİDEO
    • Bu gün, 13:04
    • 157

Juninyo Braziliyada növbəti qolunu vurdu - VİDEO

Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən Juninyo Olavio yeni komandasından növbəti qolunu vurub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, o, Quanabara kubokunun "Fulmininse" ilə ilk final matçında fərqlənib. 66-cı dəqiqədə meydana çıxan 28 yaşlı forvard 10 dəqiqə sonra komandasının səfə görüşündəki ikinci qolunun müəllifi olub. Görüş "Flamenqo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, Juninyonun "qırmızı-qaralar"ın heyətində ikinci qoludur. Zədə səbəbindən 1 ay meydanlardan uzaq qalan forvard daha əvvəl Quanabara kubokunun 8-ci turunda "Portuquesa" ilə görüşdə fərqlənib.

Qeyd edək ki, finalın cavab görüşü martın 16-da baş tutacaq.