Avropa Parlamentinin erməni sevgisi - Beynəlxalq qurumdan qərəzli münasibət
    • Bu gün, 14:47
    • 198

Avropa Parlamentinin erməni sevgisi - Beynəlxalq qurumdan qərəzli münasibət

“Korrupsiya yuvası olan Avropa Parlamenti erməni lobbisinin sifarişlərini həyata keçirən quruma çevrilib. Bu səbəbdən də işğalçını və hərbi caniləri dəstəkləmək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsiplərinə çevrilib.  Avropa Parlamenti indi də erməni lobbisinin verdiyi rüşvətlə beynəlxalq hüquqa tüpürərək Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş  canilərin müdafiəsinə qalxıb”.

Bunu News24.az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

İlham Məmmədovİlham Məmmədov

Onun sözlərinə görə,  məhkəməyə təzyiq yolunu seçən Avropa Parlamentinin üzvləri hər vəchlə insanlığa qarşı cinayətə törədən hərbi canilərin azadlıqlarına nail olmaq istəyirlər. “Dünya məhkəmə tarixində isə belə hala rast gəlinməyib. Bu azmış kimi,  konkret ittihamlarla mühakimə olunan bu cinayətkarları “siyasi məhbus”, “əzabkeş” kimi qələmə verməyə çalışılır”, - o qeyd edib.

O əlavə edib ki, Avropanın ali qanunverici qurumunda heç bir əsasa söykənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb: 

“Kağız parçasında əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında saxlanılıb.

Siyasi sifarişi icra edən avroparlamentarilərin Bakı məhkəməsində mühakimə olunan cinayətkarları  “hərbi əsir” kimi qələmə verməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Sual olunur ki, nədən ərazilərimizin kütləvi şəkildə minalarla çirkəndirilməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi, Qərbi azərbaycanlıların haqlı tələbləri barədə Avropa Parlamenti bir dəfə də olsun, qətnamə layihəsi ilə çıxış etməyib. Cavab isə hər kəsə tam aydındır. Riyakarlıq və ikiüzlülük, separatizm sevgisi, erməni lobbisindən alınan milyonlar.

Amma onların bu cəhdləri boşa çıxacaq. Kimsə bu metodlarla  Azərbaycana təzyiq edib nəyəsə nail olması qeyri-mümkündür. Bunu elə Avropa Parlamentinin özü də yaxşı bilir.  Azərbaycan  bu gün  Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş şəxslərin ədalət məhkəməsinə cəllb edilməsinə çalışır. Gün gələcək onlar da  məhkəməyə cəlb olunub digərləri kimi layiqli cəzalarını alacaqlar”.

Aynurə