Azərbaycanda 6 uşağı gürzə ilanı SANCIB
    • 1-08-2019, 12:56
    • 1 036

Azərbaycanda 6 uşağı gürzə ilanı SANCIB

Aprel ayından avqustun 1-dək 56 nəfəri gürzə ilanı sancıb. 

Bu barədə News24.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, zərərçəkənlərdən 16 nəfəri kəskin ağır şəkildə müraciət edib, digərləri isə orta ağır vəziyyətdə olublar. Bunların 6-sı azyaşlı uşaq olub. Bu il ilan sancmasından ölən olmayıb.

A.Maqsudov sahələrdə çalışan insanlara diqqətli olmağı çağırır: “Əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, meşəyə, çay kənarına çıxanlar diqqətli olsunlar. Rezin əlcəklər, uzunboğaz çəkmələr geyinmək lazımdır. Əgər hadisə baş veribsə, mütləq zədələnən ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Həmin yeri yodla silmək lazımdır. Mütləq yaxınlıqda olan tibb müəssisəsinə gedib, müayinədən keçərək zərdab vurdursunlar”.

Afaq Mirayiq