Qardaş ölkədə məscidə - HÜCUM - Yaralılar var

Qardaş ölkədə məscidə - HÜCUM - Yaralılar var Dünya

Pakistanda polis məmuru Asif Bahadır vilayətin Cənubi Vəziristan bölgəsində Mövlana Əbdüləziz məscidinin minbərində gizlədilən əldəqayırma partlayıcının partladığını bildirib.

News24.az Dawn-a istinadən xəbər verir ki, hücumda aralarında İslam Üləma Dərnəyinin Regional sədri Abdullah Nadim də daxil olmaqla 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Bahadır hücumla bağlı istintaq başladıldığını da bildirib.

Günel Məlikzadə