
-
- Dünən, 15:58
- 364
10 min poçt işçisi ixtisar ediləcək - Bu ölkədə
ABŞ Poçt Xidməti (USPS) agentliyin "səmərəliliyini artırmaq" üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
News24.az xəbər verir ki, USPS prezidenti Louis DeJoy poçt xidmətlərində səmərəliliyin artırılması üçün DOGE ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
USPS-nin pensiya fondlarından işçilərin təzminatlarına qədər bir çox xərclərini səhv idarə etdiyini bildirən DeJoy, DOGE komandasının bu problemlər qarşısında agentliyə "səmərəliliyini artırmağa" kömək edəcəyini qeyd edib.
Qeyd edək ki, bu çərçivədə DeJoy könüllü erkən pensiya proqramı vasitəsilə 30 gün ərzində 10 min işçini işdən çıxarmağı planlaşdırır.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra DOGE vasitəsilə federal qurumlarda çalışan minlərlə insanı işdən çıxarıb.
Xüsusilə yeni işə qəbul edilənlər arasında kütləvi ixtisarlar nəticəsində ölkə daxilində bir çox həmkarlar ittifaqı və təşkilatlar Tramp hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.
Günel Məlikzadə