Polis əməliyyatlar keçirdi - SAXLANILANLAR VAR
    • Dünən, 10:36
    • 5 170

Polis əməliyyatlar keçirdi - SAXLANILANLAR VAR

Martın 14-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 13 c*nayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qanunsuz saxlanılan s*lah-s*rsatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

C*nayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.