Nurlan Librenin həbs müddəti uzadıldı

Nurlan Librenin həbs müddəti uzadıldı Gündəm

Jurnalist Nurlan Librenin (Qəhrəmanlı) həbs müddəti uzadılıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, həbs müddəti uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

Təqdimata bu gün Xətai rayon Məhkəməsində baxılıb və təmin edilib.

Qərara əsasən, jurnalist barəsində həbs-qətimkan 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Nurlan Libre "Meydan TV" ilə əlaqəli cinayət işinə görə həbs edilib və qaçaqmalçılıqda ittiham olunur.