
-
- Dünən, 08:46
- 310
Tramp-Putin görüşünün vaxtı DƏQİQLƏŞDİ
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı açıqlamalar verib.
News24.az xəbər verir ki, Vitkoff ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin bu həftə danışacağını gözlədiyini bildirib.
ABŞ-nin danışıqlar qrupunun bu həftə Ukrayna və Rusiya tərəfləri ilə görüşlər keçirəcəyini qeyd edən Vitkoff, "Ümid edirəm ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması istiqamətində real irəliləyiş görəcəyik" deyib.
Vitkoff Putinin Trampın fəlsəfəsini qəbul etdiyini bildirib və Trampın müharibəni bitirməkdə israrlı olduğunu bəyan edib.
Günel Məlikzadə