Yollardakı vəziyyəti tənzimləmək üçün əlavə işçi qüvvəsi yaradıldı
    • 4-07-2018, 13:07
    • 2 136

Yollardakı vəziyyəti tənzimləmək üçün əlavə işçi qüvvəsi yaradıldı

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) operativ işçi qüvvəsi yaradılıb.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin tapşırığı ilə operativ işçi qüvvəsi Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın sıxlığının nizamlanması məqsədilə sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinə dəstək olaraq yaradılıb.
// Ölkə.az