57 yaşlı aktyor vəfat etdi
    • Dünən, 22:02
    • 524

57 yaşlı aktyor vəfat etdi


Rusiyanın məşhur aktyoru Vitali Meşeryakov martın 16-da vəfat edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Onun bütün bədəni metastazdan təsirlənmişdi", - deyə çalışdığı teatrdan bildirilib.

Aktyora 2 ay əvvəl sümük iliyi xərçəngi diaqnozu qoyulubmuş.

Sənətçi ilə vida mərasimi martın 18-də keçiriləcək.

Qeyd edək ki, Meşeryakov 1990-cı ildən bəri Miçurinski Dram Teatrının aktyoru olub. O, bir sıra seriallarda da rol alıb.