Rusiyadan gələn sürücü Xaçmazda qəzaya düşdü
    • 2-08-2019, 00:07
    • 1 693

Rusiyadan gələn sürücü Xaçmazda qəzaya düşdü

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.
News24.az  xəbər verir ki, qəza şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Rusiya dövlət nömrə nişanlı “Vaz 21010” markalı minik avtomobili “Vaz 2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.