
-
- Dünən, 13:30
- 146
Tramp və Mask işgüzar nahar etdilər
Tramp və Mask işgüzar nahar etdilər
Martın 15-də ABŞ prezidenti Donald Tramp və İlon Mask Amerika liderinin Mar-a-Laqoda (Florida) malikanəsində işgüzar şam yeməyi keçiriblər.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bu naharda iştirak 1 milyon dollara başa gəlib.
Məlumata görə, martın 1-də keçirilən analoji görüşdən fərqli olaraq, tədbir ABŞ prezidentinin rəsmi proqramına daxil edilməyib. Həmin naharda iştirak da 1 milyon dollara başa gəlib.
Martın 15-də keçirilən tədbirin qonaqları arasında Neuralink neyrotexnologiya şirkətinin baş icraçı direktoru Siobhan Zilis də var
Daha əvvəl qeyd edilib ki, iş adamları 5 milyon dollara Trampla şəxsən görüşə bilərlər. /Manset.az